329 məshəti türkü Ukraynadan Türkiyəyə köçüb

329 məshəti türkü Ukraynadan Türkiyəyə köçüb Ərzincan şəhərinin hava limanında məshəti türklərini Baş nazirin müavini Yalçın Akdoğan qarşılayıb
Region
26 Dekabr , 2015 00:29
329 məshəti türkü Ukraynadan Türkiyəyə köçüb

Bakı. 26 dekabr. REPORT.AZ/ Ukraynada yaşayan yüzlərlə məshəti türkü ötən axşam xüsusi təyyarə reysi ilə Kiyevdən Türkiyəyə gətirilib.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Ərzincan şəhərinin hava limanında 329 məshəti türkünü Türkiyənin Baş nazirinin müavini Yalçın Akdoğan qərənfillərlə qarşılayıb.  

"Tarixi vətəninizə xoş gəldiniz" deyən Akdoğanın sözlərinə görə, Türkiyəyə qüvvədə olan qanuna əsasən məshəti türklərinin vətəndaşlığa qəbulu prosesi sadələşdirilib. 

Baş nazirinin müavini qeyd edib ki, ümumilikdə 3 bin məshəti türkünün Ukraynadan Türkiyəyə köçməsi nəzərdə tutulub. Bu məqsədlə 580 ev inşa edilib.

Son xəbərlər

Orphus sistemi