Yuxarı

17 əyalətdə FETÖ-yə qarşı əməliyyat keçirilib, 30 nəfər tutulub

Xəbərə görə, 4 şübhəlinin tutulması istiqamətində əməliyyat davam edir

Bakı. 12 oktyabr. REPORT.AZ/ Türkiyənin 17 əyalətində Fətullahçı Terror Təşkilatına(FETÖ) qarşı əməliyyat nəticəsində 30 şübhəli tutulub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onların "Bylock" proqramından istifadə etdikləri təsdiqlənib.

İnformasiyaya əsasən, Mardin prokurorluğunun apardığəı istintaq çərçivəsində təhlükəsizlik orqanlarından uzaqlaşdırılan, dövlət məmurluğundan çıxarılan və "Bylosk" kompüter proqramından istifadə etdiyi təsdiqlənən 34 şübhəli barəsində həsb qətimkan tədbiri seçsə də, onlardan 30-u tutulub. Xəbərə görə, 4 şübhəlinin tutulması istiqamətində əməliyyat davam edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi