Zöhrab Mnatsakanyan: "Rusiya ilə müttəfiq olaraq qalırıq"

Zöhrab Mnatsakanyan: "Rusiya ilə müttəfiq olaraq qalırıq" Ermənistan ilə Rusiya etibarlı strateji müttəfiq olaraq qalır.
Region
27 Avqust , 2019 13:13
Zöhrab Mnatsakanyan: Rusiya ilə müttəfiq olaraq qalırıq

"Ermənistan ilə Rusiya etibarlı strateji müttəfiq olaraq qalır".

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan XİN mərkəzi aparatı rəhbərlərinin və xarici ölkələrdəki səfirlərin illik müşavirəsində xarici siyasət öncüllüklərindən bəhs edərkən bildirib.

“Ermənistanla Rusiya etibarlı strateji müttəfiq olaraq qalırlar. Rusiya xalqı ilə bizi müştərək tariximiz, yaxın mədəni və insani tellər birləşdirir”, – nazir deyib.

O, iki ölkə arasındakı müttəfiqlik əlaqələrini hərbi-siyasi, təhlükəsizlik, enerji, infrastruktur, iqtisadiyyat, ticarət sahələri, təhsil və mədəniyyət mübadiləsi proqramları əhatə etdiyini söyləyib.

“Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya proseslərinə, üzv ölkələrinin müştərək mənafelərinin qorunmasına böyük əhəmiyyət verir”, –  Z.Mnatsakanyan qeyd edib.

Son xəbərlər

Orphus sistemi