Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenskinin mayın 19-da andiçməsi üçün parlamentə qanun layihəsi təqdim edilib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna parlamenti məlumat yayıb.
Ali Radanın deputatı Serge Mişenko mayın 3-də layihəni qanunverici orqana təqdim edib və qeydiyyata aldırıb.
Bir müddət əvvəl parlament sədirinin müavini İrina Gerşenko Vladimir Zelenskinin andiçmə mərasimi tarixinin parlamentin mayın 14-də keçiriləcək plenar iclasında təyin ediləcəyini bildirmişdi.