Zelenski: "Ukrayna ordusu əsas istiqamətlərdə hücumun qarşısını alır"

Zelenski: "Ukrayna ordusu əsas istiqamətlərdə hücumun qarşısını alır" “Ukrayna ordusu əsas istiqamətlərdə hücumun qarşısını alır”.
Region
340
10 Mart , 2022 16:27
Zelenski: Ukrayna ordusu əsas istiqamətlərdə hücumun qarşısını alır
Volodimir Zelenski

“Ukrayna ordusu əsas istiqamətlərdə hücumun qarşısını alır”.

“Report” Ukrayna Prezident Ofisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bunu dövlət başçısı Volodimir Zelenski videomüraciətində bildirib.

“Artıq 15-ci gündür ölkəmizi müdafiə edirik. Biz ayaqdayıq. Hərbçilərimiz, milli qvardiyamız, sərhədçilərimiz, polislərimiz, ərazi müdafiəçilərimiz və müdafiəyə qalxanların sayəsində biz qul olmadıq. Heç vaxt da olmayacağıq”, - deyə o bildirib.

V.Zelenski qeyd edib ki, martın 9-da Rusiya hərbçiləri Maiupolda doğum evi və uşaq bağçasını atəşə tutub, nəticədə 17 nəfər (qadın, uşaq və tibb işçisi) yaralanıb, biri qız uşağı olmaqla 3 nəfər ölüb: “Rusiyalılar aldadıblar ki, orada pasiyent, uşaq və qadın yoxdur. Onlar deyiblər ki, guya orada milliyyətçilər var. Əminəm ki, onlar belə əsaslandırma ilə həmişəki kimi aldadırlar. Bir məsələni sizə demək istəyirəm ki, dinc əhaliyə bombanın atılmasını əmr edənlər cavab verəcəklər. Harada yerləşməsindən asılı olmayaraq, biz onun müsadirə edilməsi üçün hər şeyi edəcəyik. Siz təmtəraqlı yaşamağı xoşlayırsınız. Ancaq bu, heç vaxt olmayacaq. Baş verənlər başlanğıcdır. Təcavüzkar bunu sadəcə olaraq bir az gec başa düşəcək, ancaq həmişə başa düşür, əziyyət çəkir”.

Son xəbərlər

Orphus sistemi