Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın məşhur mədəniyyət xadimlərinə sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.
"Report" xəbər verir ki, sənəd Ukrayna liderinin saytında dərc olunub.
Fərmana əsasən, sanksiya siyahısına teleaparıcı Janna Badoeva, futbolçu Anatoli Timoşçuk, reper Bastanın adları daxildir.
Bundan başqa, sənətçilər İrina Alleqrova, Dmitri Bilan, Mixail Qalustyan, Larisa Dolina, Filipp Kirkorov, Sergey Lazarev, Yevgeni Petrosyan və başqalarına da sanksiyalar tətbiq edilib.
Bundan əvvəl Zelenski Ukrayna pravoslav kilsəsinin 13 keşişinin vətəndaşlığının dayandırılması haqqında fərman imzalayıb.
Bu tədbir, digər məsələlərlə yanaşı, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən dövlətə xəyanətdə şübhəli bilinən Tulçinski və Bratslav mitropoliti Conatana aiddir.