Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin daha 30 gün uzadılması ilə bağlı qanun layihəsi təqdim edib.
Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.
Prezidentin “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” nömrəli fərmanının təsdiq edilməsi haqqında müvafiq qanun layihəsi parlamentin saytında dərc olunub.
Sənəd martın 26-dan 30 gün müddətinə hərbi vəziyyətin saat 05:30-dan 05:30-a qədər uzadılmasını nəzərdə tutur.
Qeyd edək ki, Ukraynada 30 günlük hərbi vəziyyət fevralın 24-də - Rusiyanın bu ölkəyə qarşı müharibəsinin başlandığı gün tətbiq edilib.
