Volodimir Zelenski Ali Baş Komandan Qərargahının iclasını keçirib

Volodimir Zelenski Ali Baş Komandan Qərargahının iclasını keçirib Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Komandanın qərargahının növbəti iclasını keçirib.
Region
30 Sentyabr , 2022 14:30
Volodimir Zelenski Ali Baş Komandan Qərargahının iclasını keçirib
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Komandan Qərargahının növbəti iclasını keçirib.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin Mətbuat Xidməti məlumat yayıb.

İclasda Ukrayna ərazilərinin işğaldan azad edilməsi planı nəzərdən keçirilib.

Bundan başqa, qoşun komandirləri cəbhədəki vəziyyətlə bağlı təqdimatlarla çıxış ediblər.

Ali Baş Komandan Qərargahının üzvləri Ukrayna ordusunun silah-sursatla təmin olunması məsələsinə də baxıblar.

Son xəbərlər

Orphus sistemi