Rusiya Prezidentinin köməkçisi: ABŞ ilə danışıqlar pis keçməyib - YENİLƏNİB-4

Rusiya Prezidentinin köməkçisi: ABŞ ilə danışıqlar pis keçməyib - YENİLƏNİB-4 Ər-Riyadda Rusiya və ABŞ arasında aparılan danışıqlarda kiçik fasilə elan edilib.
Region
18 fevral 2025 12:27
Rusiya Prezidentinin köməkçisi: ABŞ ilə danışıqlar pis keçməyib - YENİLƏNİB-4

Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar pis keçməyib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.

"Bütün məsələlərlə bağlı ciddi söhbət oldu, bir-birimizin maraqlarını nəzərə almaq barədə razılığa gəldik", - o qeyd edib.

15:41

Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqların səhər sessiyası başa çatıb.

“Report” xəbər verir k, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Nümayəndə heyətləri işgüzar nahar yeməyinə başlayıblar.

14:31

Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqlar fasilədən sonra bərpa edilib.

Bu barədə “Report” Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fasilə 15 dəqiqə davam edib.

14:20

Ər-Riyadda Rusiya və ABŞ arasında aparılan danışıqlarda kiçik fasilə elan edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Hazırda qısa fasilə elan olunub, daha sonra tərəflər danışıqlar prosesinə davam edəcəklər. Danışıqların detalları, tərəflərin mövqeləri ilə bağlı çoxlu suallarımız var", - M.Zaxarova bildirib. Onun sözlərinə görə, xarici işlər naziri Sergey Lavrov iki ölkə nümayəndə heyətləri arasında danışıqlardan sonra media ilə ünsiyyətdə olacaq.

Qeyd edək ki, kral ailəsinə məxsus "Əlbasatin" kompleksindəki "Diriyah" sarayında aparılan danışıqlar Rusiya-ABŞ münasibətlərinin bərpasına və Ukrayna məsələsinə həsr olunub.

Son xəbərlər

Orphus sistemi