"Report" Amerikanın Səsi-nə istinadla xəbər verir ki, qəzetin ingilis dilində çapının baş redaktoru Bülent Kenes deyir ki, yeni qanunvericilik hər iki şirkəti müsadirə etməyə imkan yaradır.
"Çox ehtimal ki, Ərdoğan Hizmət hərakatını və şirkətin jurnalistlərini terror təşkilatının bir hissəsi kimi göstərərək, Zaman media orqanını müsadirə etməyi planlayır. Yeni qanuna əsasən o, Hizmət hərakatına yaxın olan media orqanları, habelə Zaman qəzetivə Samanyolu televiziyasının əmlakını müsadirə edə bilər."
Polisin Zaman qəzeti və Samanyolu televiziyasına qarşı əməliyyatından bir gün əvvəl qüvvəyə minmiş yeni qanuna əsasən terrorizmə görə istintaqı aparılan şəxslərin əmlak və şirkətləri müsadirə edilə bilər. Hətta bu şəxslər cinayət törətməmiş olsalar belə, əgər onların günahkar sayılmaları üçün əsaslı şübhə varsa qanunun tətbiqi mümkün olur. Təhlilçilər deyir ki, yeni qanun çox güman ki, Gülən hərakatının biznes maraqlarını hədəf alır.
İstanbulda yerləşən Qlobal Mənbə Tərəfdaşlarından təhlilçi Atilla Yeşilada deyir ki, media orqanlarına qarşı aparılan istintaqın Türkiyə iqtisadiyyatına geniş təsirləri ola bilər.
"Gülənçi biznes təşkilatı Tuskonun 75000-dən çox üzvü var. Biz bir neçə şirkətdən danışmırıq. Mənim fikrimcə, hökumətin əmlak müsadirəsi ilə bağlı yeni qanunun Zaman və Samanyolu qrupuna tətbiq ediləcək."
Ancaq təhlilçilərin fikrincə, əmlak və mülkiyyətin müsadirəsi sadəcə Türkiyə iqtisadiyyatına təsiri ilə məhdudlaşmır. Türkiyə kimi inkişaf etməkdə olan bazarların iqtisadi qeyri-stabilliklə üzləşməsi artan siyasi nəzarətlə əlaqələndirilir.
Finansbank şirkətinin baş iqtisadçısı İnan Dəmir deyir ki, belə bir mühitdə beynəlxalq ictimaiyyət Türkiyə rəsmilərinin bu addımlarına yumşaq reaksiya verməyə bilər.
"Əgər ümumi iqtisadi həssaslıq güclüdürsə, insanlar bu kimi hadisələrə iqtisadi təhdid kimi deyil, adi bir qəza kimi baxır. Ancaq investorlar çox pozitiv olsalar belə, bu kimi addımlar yardımçı olmur."
Bir vaxtlar yaxın müttəfiq olan Gülən və Ərdoğan arasındakı münaqişənin getdikcə artması bu həftənin əvvəlində Türkiyə valyutasının kəskin düşməsi ilə nəticələnsə də, daha sonra bu itkilər bərpa olub.
Təhlilçilər xəbərdarlıq edirlər ki, bu münaqişənin böyüməsi gələcəkdə siyasi və iqtisadi qeyri-stabilliyə gətirib çıxara bilər.
Müşavir Atilla Yeşilada deyir ki, hətta Gülənçi şirkətlərin əmlakları müsadirə edilməsə belə, şirkətlər inkişafda təzyiqlərlə üzləşəcək.
"Hökumət Gülən hərakatına bağlı şirkətlərə qarşı ayrı-seçkiliyi gizlətmir. Bu şirkətlərin çoxu qorxu altında fəaliyyət göstərir. Koza Altin kömür şirkətindən bildiriblər ki, bir il ərzində 147 dəfə yoxlanış keçirilib. Kömür şirkətlərində on illərlə yoxlanış keçirilməyən Türkiyə üçün bu, misiilsiz bir haldır".
Rəsmilər Türkiyənin ən böyük İslam banklarından Asiya Bankın hissələrinin alqı-satqısına qadağa qoyub və bank dəfələrlə yoxlamalarla üzləşib.
Cümə günü ittihamçılar Güləni kriminal təşkilatın başçısı elan edib. Müşahidəçilər onun tərəfdarlarına qarşı təzyiqlərin artacağını deyir.