İrəvanda Ermənistan və Yunanıstan XİN başçılarının görüşü başlayıb - YENİLƏNİB

İrəvanda Ermənistan və Yunanıstan XİN başçılarının görüşü başlayıb - YENİLƏNİB İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla yunanıstanlı həmkarı George Gerapetritis arasında təkbətək görüş başlayıb.
Region
10 Yanvar , 2024 10:29
İrəvanda Ermənistan və Yunanıstan XİN başçılarının görüşü başlayıb - YENİLƏNİB

İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla yunanıstanlı həmkarı Yorqos Qerapetritis arasında təkbətək görüş başlayıb.

“Report” xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

09:34

Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis rəsmi səfərlə İrəvana gəlib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, Yunanıstan XİN başçısının təyyarəsi Zvartnots hava limanına enib.

Səfər çərçivəsində o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Daha sonra XİN rəhbərləri birgə mətbuat konfransı keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi