Yerevanda yürüş-mitinq keçirilib

Yerevanda yürüş-mitinq keçirilib Müxalifətin liderlərindən ikisi aksiyada iştirak etməyib
Region
10 Dekabr , 2014 17:32
Yerevanda yürüş-mitinq keçirilib

Bakı.10 dekabr. REPORT.AZ/ Yerevanın "Azadlıq" meydanında Beynəlxalq İnsan Haqlarını Müdafiə Günü münasibətilə yürüş-mitinq keçirilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiya Erməni Milli Konqresinin (EMK) təşəbbüsü ilə gerçəkləşdirilib. Onlara "Çiçəklənən Ermənistan" (ÇE) və "İrs" partiyaları da qoşulub.

Məlumata əsasən, aksiyada ÇE və EMK-in liderləri iştirak etməyib.

Aksiyaya Ermənistan parlamentindəki müxalif üçlüyün liderlərindən yalnız "İrs"in sədri Raffi Ovannisyan qatılıb.

Son xəbərlər

Orphus sistemi