Yerevanda yol qəzası olub: 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Region
  • 21 oktyabr, 2019
  • 06:05
Yerevanda yol qəzası olub:  3 nəfər ölüb, 2 nəfər yaralanıb

Yerevanda BMW markalı avtomobilin dirəyə çırpılması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, xilasedicilər xəsarət alanları avtomobildən çətinliklə çıxarıblar.

Hadisənin səbəbi və avtomobildəkilərin kimlikləri araşdırılır.