Yerevanda polislər küçədə qadına qarşı zorakılıq ediblər

Yerevanda polislər küçədə qadına qarşı zorakılıq ediblər Ermənistanın paytaxtı Yerevanın Malatiya-Sebastia rayonunda polis əməkdaşları qadına qarşı zorakılıq tətbiq ediblər.
Region
472
16 Sentyabr , 2020 02:43
Yerevanda polislər küçədə qadına qarşı zorakılıq ediblər

Ermənistanın paytaxtı Yerevanın Malatiya-Sebastia rayonunda polis əməkdaşları qadına qarşı zorakılıq tətbiq ediblər.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, polis əməkdaşları qadının tibbi maskadan istifadə etmədiyini bildiriblər. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə qadın tibbi maskadan istifadə etdiyini iddia edir. Lakin polis əməkdaşları onunla razılaşmayıblar.

Bu zaman küçədə olan şahidlər hadisəyə müdaxilə etməyə çalışıblar, amma sonda polislər güc tətbiq edərək qadını avtomobilə əyləşdiriblər və bölməyə aparıblar.

Orphus sistemi