Yerevanda müxalifətin çadır düşərgəsində silahlı şəxs saxlanıldı

Yerevanda müxalifətin çadır düşərgəsində silahlı şəxs saxlanıldı Yerevanda parlamentin binası qarşısında müxalifətin qurduğu çadır düşərgəsində polislər üzərində bıçaq olan sərxoş kişini saxlayıblar
Region
2 Mart , 2021 22:42
Yerevanda müxalifətin çadır düşərgəsində silahlı şəxs saxlanıldı
0 : 00
0 : 00

Ermənistanın paytaxtı Yerevanda parlamentin binası qarşısında müxalifətin qurduğu çadır düşərgəsində üzərində bıçaq olan sərxoş kişi saxlanılıb.

Bu barədə “Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, axşam saatlarında müxalifət tərəfdarları parlamentin binası qarşısına toplaşıb. Çadırlardan birinə gözlənilmədən bıçaqla silahlanmış sərxoş kişi girib. Ancaq müxalifətçilər onu çadırdan itələyib çıxarıblar və polis əməkdaşlarına təhvil veriblər.

Silahlı şəxs saxlanılıb, təhqiqat aparılır.

Xatırladaq ki, artıq bir neçə gündür, Yerevanda iqtidar əleyhinə etiraz aksiyaları keçirir. Bir sıra müxalifətçilər çadır quraraq, parlamentin binası qarşısında gecələyirlər.

Son xəbərlər

Orphus sistemi