Yerevanda ermənilər Rusiyaya getmək tələbi ilə aclıq aksiyasına başladılar

Yerevanda ermənilər Rusiyaya getmək tələbi ilə aclıq aksiyasına başladılar Rusiyaya getməyi tələb edən Ermənistan vətəndaşları Yerevanda hökumət binası qarşısında aclıq aksiyasına başladıqlarını elan ediblər.
Region
22 Sentyabr , 2020 23:55
Yerevanda ermənilər Rusiyaya getmək tələbi ilə aclıq aksiyasına başladılar

Rusiyaya getməyi tələb edən bir qrup Ermənistan vətəndaşı Yerevanda hökumət binası qarşısında aclıq aksiyasına başladıqlarını elan ediblər.

Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.     

Etirazçılar danışıqlar aparmağı və Rusiya ilə sərhədin açılmasına nail olmağı tələb edirlər.

Ermənistan mətbuatı qeyd edib ki, son həftələr vətəndaşlar parlament və hökumətin binaları qarşısında tez-tez etiraz aksiyaları keçirirlər, ancaq onların problemi hələ həll olunmamış qalır.

Son xəbərlər

Orphus sistemi