Yerevanda 46 yaşlı şəxs bankı qarət etmək istəyib - VİDEO - FOTO

Yerevanda 46 yaşlı şəxs bankı qarət etmək istəyib - VİDEO - FOTO Ermənistanın paytaxtı Yerevanda 46 yaşlı şəxs bankı qarət etmək istəyib.
Region
11 İyun , 2019 05:58
Yerevanda 46 yaşlı şəxs bankı qarət etmək istəyib - VİDEO - FOTO

Ermənistanın paytaxtı Yerevanda 46 yaşlı şəxs bankı qarət etmək istəyib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə paytaxtın inzibati rayonu sayılan Nor Norkda baş verib.

Şəxsiyyəti hələ açıqlanmayan cinayətkar "Armbiznesbank"ı qarət etmək istəyib. Yerevan sakini olduğu bildirilən silahlı şəxs tüfənglə banka daxil olmağa çalışıb. Lakin bankda xidmət aparan polis əməkdaşı şahidlərin köməyi ilə onu zərərsizləşdirib.

Qeyd edilir ki, silahlı şəxsin zərərsizləşdirilməsi zamanı atəş açılıb. Hadisənin başvermə şəraiti araşdırılır. 

Daha əvvəl Ermənistan polis qüvvələrinin sabiq qərargah rəisi Qeqam Petrosyana qarşı 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı cinayət işi üzrə qətl törədilməsi ittihamı irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi