Yerevan merinin binasında xüsusi əməliyyat keçirilir

Yerevan merinin binasında xüsusi əməliyyat keçirilir Bir müddət əvvəl Yerevan merinin korrupsiya sxemi barədə məlumat yayılmışdı
Region
13 İyun , 2018 12:37
Yerevan merinin binasında xüsusi əməliyyat keçirilir
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlı dəstəsi Yerevan merinin binasında xüsusi əməliyyat keçirir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu xidmətin mətbuat katibi Samson Qalstyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, binada keçirilən əməliyyatla bağlı əlavə məlumatları sonra açıqlayacaq.

Bir müddət əvvəl Ermənistan KİV-də Yerevan merinin korrupsiya sxemi barədə məlumat yayılmışdı. Ölkənin baş naziri Nikol Paşinyan isə bu yaxınlarda jurnalistlərə bildirmişdi: “Yerevan şəhərinin meri Taron Marqaryan seçki prosesi zamanı rüşvət verib”.

Taron Marqaryan keçmiş hakim Respublikaçılar Partiyasının İcraiyyə Komitəsinin üzvüdür. “Məxməri inqilab”dan sonra onun istefası tələb olunsa da, mer tutduğu vəzifədən getməyəcəyini açıqlamışdı. 

Son xəbərlər

Orphus sistemi