Qazaxıstan parlamenti paytaxtın Nursultan adlandırılması barədə qanun layihəsini qəbul edib - YENİLƏNİB

Qazaxıstan parlamenti paytaxtın Nursultan adlandırılması barədə qanun layihəsini qəbul edib - YENİLƏNİB Qazaxıstan parlamentinin Aşağı və Yuxarı palatalarının birgə iclasında paytaxt Astana şəhərinin Nursultan adlandırılması barədə qanun layihəsi qəbul edilib.
Region
20 Mart , 2019 17:02
Qazaxıstan parlamenti paytaxtın Nursultan adlandırılması barədə qanun layihəsini qəbul edib - YENİLƏNİB

Qazaxıstan parlamentinin Aşağı və Yuxarı palatalarının birgə iclasında paytaxt Astana şəhərinin Nursultan adlandırılması barədə qanun layihəsi qəbul edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, deputatlar təklif olunan düzəlişlərə yekdilliklə səs veriblər.

Beləliklə, qanun parlament tərəfindən qəbul olunduqdan sonra Prezidentə imzalanması üçün təqdim olunacaq.


***11:50

Qazaxıstanın Prezidenti vəzifəsinin icrasına başlayan Kasım-Jomart Tokayev Qazaxıstanın paytaxtı Astana şəhərinin adını dəyişdirilərək Nursultan adlandırılmasını təklif edib.

Bu barədə "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir.

"Paytaxtımız Prezidentimizin adını daşımalı və Nursultan adlanmalıdır" - deyə Tokayev deyib.

Bundan əlavə, Tokayev Nursultan Nazarbayevi dövlətdə mövcud olan bütün yüksək səviyyəli mükafatlarla təltif etmək təklifini verib.

"Hesab edirəm ki, hamı Elbasının (Millətin lideri - red.) dövlətimizin ən yüksək adlarına - "Xalık Kaharmanı" (Xalq Qəhrəmanı) və "Embek Eri" (Əmək Qəhrəmanı) mükafatlarına layiq olduğu ilə razılaşar", - Tokayev söyləyib.

Tokayev həmçinin Nazarbayevə "fəxri senator" statusunun verilməsini zəruri hesab edir: "Qazaxıstanın ilk Prezidentinin şəkilləri isə bütün ictimai yerlərdə icbari atribut olaraq qalacaq".

Son xəbərlər

Orphus sistemi