Yarış qalibi olan erməninin hərəkəti Qırğız Respublikasında hiddətə səbəb olub

Yarış qalibi olan erməninin hərəkəti Qırğız Respublikasında hiddətə səbəb olub Sabır Kayıkov: “Vətəndaşlıqdan məhrum etmək azdır, ölkəyə gələndən sonra onu öldürmək lazımdır”
Region
10 Avqust , 2017 16:57
Yarış qalibi olan erməninin hərəkəti Qırğız Respublikasında hiddətə səbəb olub

Bakı. 10 avqust. REPORT.AZ/ Qırğız Respublikasının vətəndaşı, etnik erməni, “World Next Top Model 2017” beynəlxaq gözəllik yarışının qalibi Susanna Yeqoryanın hərəkəti ölkə vətəndaşlarının hiddətinə səbəb olub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onun davranışı sosial şəbəkədə ciddi şəkildə müzakirə edilib.

İnformasiyaya əsasən, müzakirələrdə iştirak edənlərdən biri Dövlət Rabitə və İnformasiya texnologiyaları komitəsinin mütəxəssisi Sabır Kayıkov “Facebook” səhifəsində yazıb: “Onu vətəndaşlıqdan məhrum etmək azdır, ölkəyə gələndən sonra onu öldürmək lazımdır”.

Məlumatda bildirilib ki, bir müddət sonra o, “öldürmək lazımdır” ifadəsinə görə üzr istəyərək, əlavə edib: “Ancaq onu vətəndaşlıqdan çıxarmaq vacibdir”

Sosial şəbəkədə onu “satqın” adlandırıblar.

Qeyd edək ki, S.Yeqoryan yarışın finalında səhnəyə “Ermənistan” yazılmış lentlə çıxıb.

Son xəbərlər

Orphus sistemi