Rusiyada helikopter qəzaya uğrayıb, 19 nəfər həlak olub

Rusiyada helikopter qəzaya uğrayıb, 19 nəfər həlak olub Üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Region
22 Oktyabr , 2016 11:19
Rusiyada helikopter qəzaya uğrayıb, 19 nəfər həlak olub

Bakı. 22 oktyabr. REPORT.AZ/ Rusiyanın Kransnoyarsk vilayətindən Yamal-Nenetsk Muxtar vilayətinə uçan, "Skol" aviaşirkətinə məxsus Mi-8 helikopteri dünən Urenqoy qəsəbəsi yaxınlığında qəzaya uğrayıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, göyərtədə olan 22 sərnişin və heyət üzvündən yalnız üç nəfər sağ qalıb.

Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəza yerində bütün ölən şəxslərin cəsədləri tapılıb.

Son xəbərlər

Orphus sistemi