XİN başçısı: "Ukrayna MDB-dən çıxmaq imkanlarını götür-qoy edir"

XİN başçısı: "Ukrayna MDB-dən çıxmaq imkanlarını götür-qoy edir" "Ukrayna hökuməti gələcəkdə bir çox sazişləri həll etməyə imkan verəcək işlər həyata keçirir"
Region
10 Oktyabr , 2016 10:34
XİN başçısı: Ukrayna MDB-dən çıxmaq imkanlarını götür-qoy edir

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Ukrayna hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq imkanlarını götür-qoy edir".

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Pavel Klimkin "112 Ukrayna" telekanalının efirində deyib.

P.Klimkinin sözlərinə görə, bununla yanaşı, Ukraynanın təqaüdlərin ödənilməsi və diplomların tanınması ilə bağlı bir neçə vacib sazişi var. "Ukrayna hökuməti gələcəkdə bir çox sazişləri həll etməyə imkan verəcək işlər həyata keçirir", - deyə XİN başçısı bildirib.

Nazir ukraynalı siyasətçilərin çoxunun Ukraynanın MDB-dən çıxmasının tərəfdarı olduğunu və özünün də onlar sırasında yer aldığını bildirib.

Son xəbərlər

Orphus sistemi