Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VII Zirvə Toplantısı razılaşdırılan tarixdə İranda keçiriləcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısına dair rəsmi məlumatında bildirilib.
“Xəzəryanı ölkələrin yeddinci sammiti razılaşdırılan tarixdə İran İslam Respublikasında keçiriləcək”, - sənəddə qeyd olunub.