“Western Union” Rusiya və Belarusda faəliyyətini dayandırır

Region
  • 10 mart, 2022
  • 16:24
“Western Union” Rusiya və Belarusda faəliyyətini dayandırır

Dünyanın məşhur köçürmə sistemlərindən olan “Western Union” Rusiya və Belarusda faəliyyətini dayandırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə sistemin məlumatında deyilir.

“Rusiya və Belarusdakı xidmətlərimizlə bağlı düzgün qərar vermək üçün maraqlı tərəflərin geniş dairəsi ilə ətraflı dialoq apardıq. Daxili və xarici amilləri, o cümlədən dəyərli həmkarlarımız, tərəfdaşlarımız və müştərilərimiz üçün təsirləri diqqətlə nəzərdən keçirdik. Yekunda Rusiya və Belarusdakı fəaliyyətimizi dayandırmaq qərarına gəldik”, - məlumatda qeyd olunub.

44 - Tezliklə