“VMedia"nın Youtube” kanalı ermənilərin daha bir saxta iddiasını – Ağrıdağın (Araratın) Ermənistana məxsus olmasını ifşa edən yeni videoçarx hazırlayıb.
“Report”un xəbərinə görə, kanalın müəllifləri bildirirlər ki, ermənilər onları Böyük və Kiçik Ararat adlandırır və özlərininki hesab edirlər: "Bu, o səviyyəyə çatıb ki, onlara milli simvol statusu verilib və onların təsvirləri ölkənin gerbində təsvir olunub. Burada əsas diqqət əfsanələrə görə Nuhun gəmisinin bu dağa yan alması haqqında söhbətlərə ayrılır. Məsələ burasındadır ki, “Ermənistana məxsus” Ararat dağının "İncil"də haqqında danışılan dağla əlaqəsi heç vaxt və heç bir ciddi alim tərəfindən təsdiq edilməyib”.
Videoçarxda ermənilərin Ararat dağının onlara məxsusluğu haqqında əfsanələrlə Roma Papası II İohan Pavel və Müqəddəs Patriarx Kirill kimi böyük kilsə xadimlərini də aldatmağa nail olduqları qeyd olunur. Lakin bu nağıllarla ermənilər ciddi tarixçiləri aldada bilməyiblər. Məsələn, Dövlət Ermitajının direktoru Mixail Piotrovskiy bildirib ki, qədimdə olmuş və "İncil"də adı çəkilən Ararat ilə indiki Ararat arasında heç bir əlaqə yoxdur.
“İncil"də Nuhun gəmisinin torpağa yan aldığı yer kimi “araratlıların dağı” göstərilir. Həmin dağ şimalda Mesopotamiya ovalığına, cənubda isə Van bölünə çatırdı. Həmin dağın Assuriyanın şimalında yerləşməsi göstərir ki, "İncil"dəki daşqın və Nuhun gəmisi haqqında əfsanə Mesopotamiya ovalığını əhatə edib və ondan kənara çıxmayıb. Bəşəriyyətin ən qədim mənbələrindən biri olan "İncil" ümumdünya daşqını haqqında məşhur mifi təsvir edərkən İkiçayarası əfsanələrini işıqlandırıb. Bu əfsanələrdə isə ümumdünya daşqını haqqında əfsanələrin “Mesopotamiyadan kənarda” yaradılmasının mümkün olmadığı göstərilir. Bu səbəbdən, həm qədim dövrdə, həm də orta əsrlərdə Nuhun gəmisinin yan aldığı dağı Qafqazda deyil, Türkiyənin Suriya ilə hazırki sərhədi yaxınlığında axtarıblar. Bu səbəbdən, gəmini Türkiyə-Ermənistan sərhədində deyil, başqa dağda axtarmaq lazımdır”, - kanalın müəllifləri yazırlar.
“Söhbət təkcə Ermənistanın deyil, bütün Yaxın Şərq tarixini əhatə edən və dünya miqyasına malik meqafeykdən söhbət gedir. Dünya tarixi elmi isə bu feyki təkzib edir! Ermənistan dövlətinin özünə hansısa simvollar yaratmaq və onları dövlət gerbində yerləşdirmək, istorioqrafiyada, təhsildə, mədəniyyətdə istifadə etmək, həmçinin turizm sahəsində istismar etmək hüququnu mübahisələndirmək fikrimiz yoxdur. Elmə zidd olaraq, buna inanıb-inanmamaq artıq Ermənistan ilə maraqlanan hər kəsin şəxsi seçimidir”, - videoçarxda deyilir.