Vladimir Putinin illik mətbuat konfransının işıqlandırılmasında 1400-dən çox jurnalist iştirak edəcək

Vladimir Putinin illik mətbuat konfransının işıqlandırılmasında 1400-dən çox jurnalist iştirak edəcək Mətbuat konfransı dekabrın 22-də keçiriləcək
Region
16 Dekabr , 2016 16:30
Vladimir Putinin illik mətbuat konfransının işıqlandırılmasında 1400-dən çox jurnalist iştirak edəcək

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putinin illik mətbuat konfransının işıqlandırılmasında 1437 jurnalist iştirak edəcək.

"Report" xəbər verir ki, bu tədbir üçün qeydiyyatdan keçmiş jurnalistlərin tam siyahısı rəsmi Kremlin saytında dərc olunub.

Mətbuat konfransı bu il dekabrın 22-də keçiriləcək.

Mətbuat konfransı 1-ci kanal, "Rossiya-1", "Rossiya-24" telekanlları və "Mayak", "Vesti FM" və "Radio Rossiya" radiostansiyaları tərəfindən canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi