Vitse-spiker: “Gürcüstan parlamentində növbədənkənar iclasların keçirilməsinə ehtiyac yoxdur”

Region
  • 25 iyul, 2019
  • 08:54
Vitse-spiker: “Gürcüstan parlamentində növbədənkənar iclasların keçirilməsinə ehtiyac yoxdur”

“Gürcüstan parlamentində növbədənkənar iclasların keçirilməsinə ehtiyac yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın vitse-spikeri Tamar Çuqoşvili bildirirb.

Onun fikrincə, növbədənkənar iclaslar üçün müzakirəsi təklif olunan məsələlərlə bağlı tələsmək lazım deyil: “Parlamentin üzərində çalışdığı bütün məsələlər sentyabra qədər gözləyə bilər. Biz bu mövzulara qayıda bilərik. Nöbədənkənar iclaslara ehtiyac yoxdur”.

Qeyd edək ki, qonşu ölkə parlamentində növbədənkənar iclasların keçirilməsi planlaşdırılırdı. Toplantılarda 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı proporsional sistemə keçid, majoritar sistemin isə ləğvi məsələsinin müzakirələri nəzərdə tutulurdu.