Erməni ictimai fəal: “Ermənistanda 11 min nəfər hərbi xidmətdən yayınıb” - FOTO

Erməni ictimai fəal: “Ermənistanda 11 min nəfər hərbi xidmətdən yayınıb” - FOTO Həmin şəxslərin hamısı axtarışa verilib
Region
222
24 Noyabr , 2016 11:56
Erməni ictimai fəal: “Ermənistanda 11 min nəfər hərbi xidmətdən yayınıb” - FOTO

Bakı. 24 noyabr. REPORT.AZ/ İndiyədək Ermənistanda 11 min nəfər hərbi xidmətdən yayınıb.

“Report”un erməni mənbələrinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Elmlər Akademiyasnın Beynəlxalq Elmi Mərkəzinin əməkdaşı, hərbi vətənpərvərlik tədbirlərinin fəallarından olan Vitali Mangasaryan məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərin hamısı axtarışa verilib. Hərbi xidmətdən yayınanların 30%-dən çoxu informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərdir ki, onlar da dünyanın müxtəlif yerlərində yaxşı maaş və işlə təmin olunublar. “Bu insanların hərbi xidmət keçmək məqsədilə Ermənistana qayıdacaqları ehtimal edilmir”, - Mangasaryan əlavə edib.

Son xəbərlər

Orphus sistemi