Varnada Türkiyə-Avropa İttifaqı sammiti keçiriləcək

Varnada Türkiyə-Avropa İttifaqı sammiti keçiriləcək Görüş martın 26-na nəzərdə tutulub
Region
24 Mart , 2018 03:58
Varnada Türkiyə-Avropa İttifaqı sammiti keçiriləcək

Sofiya. 24 mart. REPORT.AZ/ Martın 26-da Bolqarıstanın Varna şəhərində Türkiyə-Avropa İttifaqı (Aİ) sammiti keçiriləcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker və ev sahibi qismində Bolqarıstanın baş naziri Boyko Borisov iştirak edəcək.

Görüşdə Türkiyənin Avropa İttifaqına daxil olması, bu istiqamətdə indiyədək əldə olunan irəliləyişlər, miqrasiya məsələləri, Türkiyənin Suriyadakı hərbi əməliyyatları və digər məsələlər ətrafında müzakirələr aparılacaq. Sammit çərçivəsində Türkiyə prezidenti R.T.Ərdoğan Bolqarıstanın baş naziri B. Borisovla da görüşəcək.

Sammitin keçirilməsilə bağlı razılıq ötən gün Brüsseldə Avropa Şurasının iclasında əldə olunub. Quruma üzv dövlətlər Türkiyə ilə dialoqun davam etdirilməsini zəruri hesab etdiklərini bildiriblər.

Orphus sistemi