UTX Rusiyanın NTV telekanalının müxbirini Ukraynadan xaric edib

UTX Rusiyanın NTV telekanalının müxbirini Ukraynadan xaric edib Vyaçeslav Nemişev "Senkovka" buraxılış məntəqində icbari qaydada Ukraynadan xaric edilib
Region
5 Oktyabr , 2017 11:46
UTX Rusiyanın NTV telekanalının müxbirini Ukraynadan xaric edib
ТАСС

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın NTV telekanalının müxbiri Vyaçeslav Nemişevin icbari qaydada ölkədən xaric olunması barədə qərar qəbul edib.

"Report" UTX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, xırda qayda pozuntusuna görə saxlanılan jurnalistin kimliyinin müəyyənləşdirilməsi zamanı onun Ukraynanın işğal olunmuş ərazilərinə səfər etdiyi, orada akkreditə olunduğu aşkarlanıb.

Nəticədə oktybarın 4-də saxlanılan V.Nemişev oktybrın 5-də səhər saatlarında "Senkovka" buraxılış məntəqində icbari qaydada Ukraynadan xaric edilib. Onun qarşıdakı 3 ildə Ukrayna ərazisinə girişinə qadağa qoyulub.

Son xəbərlər

Orphus sistemi