Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun “Ramşteyn” formatında dördüncü iclası iyulun 20-də onlayn rejimdə keçiriləcək.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti Ukrayna və ABŞ müdafiə nazirləri - Aleksey Reznikov və Lloyd Ostin arasında keçirilən danışıqların yekununda məlumat yayıb.
“Dövlət katibi Ostin və nazir Reznikov həmçinin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun virtual olaraq iyulun 20-də baş tutacaq növbəti iclasının gündəliyini müzakirə ediblər və ABŞ-la müttəfiqlərinin Təmas Qrupu formatı vasitəsilə Ukraynaya gələcək yardımı barədə fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilir.
Bundan əlavə, L.Ostin A.Reznikova ABŞ-ın Ukraynaya təhlükəsizlik sahəsindəki yardımı ilə bağlı yenilənmiş informasiya təqdim edib.