Ukraynanın sabiq prezidenti Petro Poroşenko dövlətə xəyanətdə ittiham olunur.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq katibi Oleksandr Turçinov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, P.Poroşenko xaricdə nəzərdə tutulmuş bir sıra görüşlər keçirdikdən və qısa məzuniyyətdən sonra vətənə dönəcək.
Eks-prezidentin vəkili İliya Novikov bildirib ki, Petro Poroşenko Ukraynanın separatçıların nəzarəti altında olan Donbas bölgəsindən kömür tədarükünə görə vətənə xəyanət ittihamı ilə əlaqədar dekabrın 23-də istintaqa çağırılıb.