Ukraynanın Baş naziri: "GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması iqtisadi inkişafa təkan verəcək"

Ukraynanın Baş naziri: "GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması iqtisadi inkişafa təkan verəcək" Bakı. 5 oktyabr. REPORT.AZ/ GUAM-a daxil olan ölkələr arasında azad ticarət zonasının yaradılması üzv ölkələrin iqtisadi inkişafına təkan verəcək.
Region
5 Oktyabr , 2018 19:15
Ukraynanın Baş naziri: GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması iqtisadi inkişafa təkan verəcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ "GUAM-a daxil olan ölkələr arasında azad ticarət zonasının yaradılması üzv ölkələrin iqtisadi inkişafına təkan verəcək".

“Report” xəbər verir ki, bunu jurnalistlərə Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən GUAM-a üzv ölkələrin hökumət başçılarının iclasında iştirak edən Ukraynanın Baş naziri Vladimir Qroysman deyib.

O, GUAM ölkələrini azad ticarət zonasının yaradılması üzrə danışıqlar başlamağa çağırıb: “GUAM çərçivəsində nəqliyyat dəhlizinin inkişafı ön plandadır, bu layihəyə beynəlxalq tərəfdaşları cəlb etmək mümkün və zəruridir. Həmçinin ölkələrimizin elmi tədqiqat müəssisələrinin birləşməsi yolu ilə müştərək innovasiya sahəsində inkişafı fikrini də dəstəkləyirəm. Əməkdaşlığımız birgə iqtisadi məkan yaratmaq səviyyəsinə qaldırılmalıdır”.

Son xəbərlər

Orphus sistemi