Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizədlik müraciətinə ilkin rəy iyunda veriləcək

Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizədlik müraciətinə ilkin rəy iyunda veriləcək Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi barədə müraciətinə dair ilkin rəy iyun ayında veriləcək.
Region
19 Aprel , 2022 17:08
Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizədlik müraciətinə ilkin rəy iyunda veriləcək

Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi barədə müraciətinə dair ilkin rəy iyun ayında veriləcək.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasındakı mənbə bildirib. Belə ki, ilkin rəyin 23-24 iyun tarixli Aİ zirvə görüşü ərəfəsində verilməsi nəzərdə tutulur. Aİ rəsmisinin dediyinə görə, adətən bu cür ilkin rəy 15-18 ay ərzində verilir.

Xatırladaq ki, fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı üzvlüyünə dair müraciəti imzalayıb. Aprelin 8-də Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen üzvlük müzakirələrinə başlamaq üçün əsas sənəd olan anketi Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edib. Doldurulmuş anket aprelin 18-də Brüsselə göndərilib.

Son xəbərlər

Orphus sistemi