Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib
Region
- 26 mart, 2022
- 10:41
Ukraynada Rusiya hərbçilərinin girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib.
"Report"un Muğan bürosunun məlumatına görə, əslən Neftçala rayonundan olan Hüseyn Abdullayevin valideynləri onun azad olunması üçün rəsmi qurumlara müraciət ediblər.
Tələbənin atası Amin Abdullayevin verdiyi məlumata görə, dünən axşam saatlarında oğlu ilə əlaqə saxlaya bilib. Oğlunu saxlayan adamlar bildiriblər ki, Hüseynlə normal davranırlar, amma yerini deyə bilməzlər: "Hüseyn özü də bizlə (valideynləri ilə - Red.) danışıb, yaxşı olduğunu bildirdi".
Qeyd edək ki, H. Abdullayev Mariupol Universitetinin 3-cü kurs tələbəsidir. Sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomobildə olan şəxslərlə birgə rus hərbçiləri tərəfindən girov götürülüb.
Son xəbərlər
14:21
Azərbaycan daha bir ölkədən mixək idxal etməyə başlayıb
Biznes14:19
Luis Enrike PSJ-nin baş məşqçisi kimi 100-cü qələbəsini qazanıb
Futbol14:10
WUF13 üzrə media nümayəndələrinin akkreditasiyasına başlanılıb
İnfrastruktur14:03
Ukrayna Çexiya ilə mənzillərin bərpası və icmaların enerji dayanıqlılığını müzakirə edib
Digər ölkələr13:41
La Liqa təmsilçisi Fransa klubunun futbolçusunu heyətinə qatıb
Futbol13:40
Rusiyada Nalçikdə polislərə hücumun qarşısı alınıb
Digər ölkələr13:28
Ötən gün Azərbaycanda 12 kiloqramdan çox narkotik aşkarlanıb
Hadisə13:07
Azərbaycan Pakistandan sarıkök tədarükünü bərpa edib
Biznes12:55