Ukraynada koronavirusdan ölənlərin sayı 800-ə çatır
Region
- 08 iyun, 2020
- 07:35
Ukraynada daha 463 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 27 462-ə çatıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 9 nəfər artaraq 797-yə yüksəlib.
Ukraynada indiyədək 12 195 nəfər COVID-19-dan sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7 milyonu ötüb. Bunların 3,4 milyon nəfərdən çoxu sağalıb, 406 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Son xəbərlər
12:58
Möhsün Rzayi: Hərbi əməliyyatlar Xameneinin intiqamı alınana qədər davam edəcək
Region12:52
İran vətəndaşları ABŞ-nin İraqdakı səfirliyinə hücum ediblər
Digər ölkələr12:48
Tehranda bir neçə partlayış səsi eşidilib
Region12:42
İranın yeni Ali rəhbərini Ekspertlər Şurası seçəcək
Region12:40
İranda öldürülən yüksəkvəzifəli şəxslərin adları açıqlanıb - YENİLƏNİB
Region12:36
Sabah Bakıda 10 dərəcə isti olacaq, dağlıq ərazilərə qar yağacaq
Ekologiya12:30
Lamin Yamal Messi, Ronaldinyo və Ronaldunu geridə qoyub
Futbol12:25
Foto
İrandan 5 Tacikistan vətəndaşı, Səudiyyə Ərəbistanının diplomatları Azərbaycana təxliyə edilib
Region12:14