Ukraynada koronavirusa yoluxanların sayı 4 100-ü ötdü
- 16 aprel, 2020
- 06:38
Ukraynada daha 8 nəfər koronavirusun qurbanı olub.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı 116-ya yüksəlib.
Bundan başqa, Ukraynada qeydə alınan koronavirus hallarının sayı 397 nəfər artaraq 4 161-ə çatıb.
Bildirilir ki, koronavirusdan sağalanların sayı isə 186-ya çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 084 000-i ötüb. Bunların 515 147 nəfəri sağalıb, 134 669 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.