Ukraynada koronavirusa yoluxanların sayı 17 300-ü ötdü

Region
  • 15 may, 2020
  • 06:37
Ukraynada koronavirusa yoluxanların sayı 17 300-ü ötdü

Ukraynada son sutkada daha 483 nəfərdə koronavirus aşkarlanıb.

“Report” “UNİAN”a istinadən xəbər verir ki, bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da ölkə üzrə yoluxanların sayı 17 330-a çatıb.

Ukraynada virusdan ölənlərin sayı isə son sutkada daha 20 nəfər artaraq 476-ya yüksəlib. İndiyədək 4 473 pasiyent koronavirusdan sağalıb.

44 filmi