Ukraynada döyüşən italiyalı futbolçu yaralanaraq vətəninə qayıdıb

Ukraynada döyüşən italiyalı futbolçu yaralanaraq vətəninə qayıdıb İtaliyanın bir neçə futbol klubunda qapıçı kimi çıxış etmiş İvan Luka Vavassori əcnəbilərdən ibarət könüllü legionun tərkibində Ukraynada döyüşərək yaralanıb.
Region
3 May , 2022 01:29
Ukraynada döyüşən italiyalı futbolçu yaralanaraq vətəninə qayıdıb
İvan Luka Vavassori

İtaliyanın bir neçə futbol klubunda qapıçı kimi çıxış etmiş İvan Luka Vavassori əcnəbilərdən ibarət könüllü legionun tərkibində Ukraynada döyüşərək yaralanıb.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, İvan Luka Rusiya hərbçilərinin hücumunun qarşısını almağa kömək edib.

O, bu yaxınlarda Mariupoldan insanların təxliyəsi ilə məşğul olub və Rusiya hərbçilərinin atəşinə məruz qalıb. Futbolçu ilə əlaqə uzun müddət mümkün olmayıb, sonra isə onun yaralı olduğu üzə çıxıb. Vavassori sağ qalıb və İtaliyaya qayıtmağa qərar verib.

"Mənim üçün kifayət edir. Geri qayıtmaq vaxtıdır, daha irəli getməyə hazır deyiləm. Düşünürəm ki, kömək etmək üçün əlimdən gələni etdim, Ukrayna xalqına vaxtımdan və həyatımdan bir pay verdim. Amma indi xoşbəxt olduğum yerə qayıdıram.

Getdiyim vaxtdan çox şey dəyişdi. Ancaq əminəm ki, Allahın köməyi ilə məqsədlərimə çatacam”, - İvan instaqram hesabında yazıb.

Vavassori İtaliyanın “Alçone”, “Lenyano”, “Pro Patriya” klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi