Ukrayna və Polşa prezidentləri Mariupoldakı vəziyyəti müzakirə ediblər

Ukrayna və Polşa prezidentləri Mariupoldakı vəziyyəti müzakirə ediblər Ukrayna və Polşa prezidentləri Volodimir Zelenski ilə Andjey Duda arasında telefon danışığı olub.
Region
4 May , 2022 04:18
Ukrayna və Polşa prezidentləri Mariupoldakı vəziyyəti müzakirə ediblər

Ukrayna və Polşa prezidentləri Volodimir Zelenski ilə Andjey Duda arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytında məlumat yayılıb.

Dövlət başçıları Ukraynaya gələcək müdafiə yardımı, Mariupoldakı vəziyyət və Rusiyaya əlavə sanksiyaların tətbiqinin zəruriliyindən danışıblar.

"Rusiya artıq Polşaya və bütün Avropaya qarşı enerji müharibəsinə başlayıb. Avropa İttifaqı ölkələri Rusiyadan enerji asılılığından qurtulmalıdır", - Ukrayna lideri deyib.

Zelenski Dudaya Ukraynanın müharibədən sonrakı bərpası ilə bağlı işlərin başlanması barədə də danışıb.

Son xəbərlər

Orphus sistemi