Ukrayna və Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı mövqelərini razılaşdırıblar

Ukrayna və Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı mövqelərini razılaşdırıblar Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Rusiyaya qarşı yeni sanksiyalarla bağlı mövqeləri razılaşdırıblar.
Region
12 Avqust , 2022 00:12
Ukrayna və Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı mövqelərini razılaşdırıblar

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Rusiyaya qarşı yeni sanksiyalarla bağlı mövqeləri razılaşdırıblar.

Bu barədə “Report” Ukraynanın xarici işlər nazirinin tviter hesabına istinadən xəbər verir.

"Josep Borellə telefon əlaqəsi saxladıq. Ukrayna və Aİ Yaxın Şərq, Afrika və Asiyaya kömək məqsədilə taxıl dəhlizinin gələcək fəaliyyətini təmin etməkdə qərarlıdır. Rusiyaya qarşı yeni sanksiyalar, Ukraynaya silah tədarükü ilə bağlı mövqeləri razılaşdırdıq. Balkan yarımdadasındakı təhlükəsizlik vəziyyətini müzakirə etdik", - Ukraynanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi