Ukrayna təyyarəsinin “qara qutu”sunun Fransada araşdırılacağı təkzib olunub

Ukrayna təyyarəsinin “qara qutu”sunun Fransada araşdırılacağı təkzib olunub Fransa Mülki Aviasiya Təhlükəsizliyinin Təhqiqat və Təhlil Bürosu (BEA) Tehran yaxınlığında vurulan Ukraynanın sərnişin təyyarəsinin “qara qutu”sunun Parisdə araşdırılacağı barədə yayılan xəbərləri təkzib edib.
Region
14 Yanvar , 2020 15:38
Ukrayna təyyarəsinin “qara qutu”sunun Fransada araşdırılacağı təkzib olunub

Fransa Mülki Aviasiya Təhlükəsizliyinin Təhqiqat və Təhlil Bürosu (BEA) Tehran yaxınlığında vurulan Ukraynanın sərnişin təyyarəsinin “qara qutu”sunun Parisdə araşdırılacağı barədə yayılan xəbərləri təkzib edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, qurum nümayəndəsi “qara qutu” üzərində Ukraynada çalışacaqlarını, bütün hallarda bu işin Fransadan kənarda görüləcəyini qeyd edib.

Bundan əvvəl İran Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmayıli Ukrayna təyyarəsinin “qara qutu”sunun Fransaya göndərildiyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi