Ukrayna paytaxtında müharibədə 60 mülki vətəndaş ölüb

Ukrayna paytaxtında müharibədə 60 mülki vətəndaş ölüb Rusiya hərbçilərinin əməliyyatı nəticəsində Kiyevdə 60-ı mülki vətəndaş olmaqla 222 nəfər ölüb.
Region
137
18 Mart , 2022 17:02
Ukrayna paytaxtında müharibədə 60 mülki vətəndaş ölüb

Rusiya hərbçilərinin əməliyyatı nəticəsində Kiyevdə 60-ı mülki vətəndaş olmaqla 222 nəfər ölüb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər dövlət administrasiyası başçısının müavini Nikolay Povoroznik bildirib.

Onun sözlərinə görə, Kiyevdə hərbi müdaxilənin qurbanlarından 4-ü uşaqdır: “23 günlük müharibə nəticəsində şəhərdə 241-i mülki sakin olmaqla 889 nəfər yaralanıb. Yaralıların 18-i uşaq, 3 təcili tibbi yardım maşınının sürücüsü, 1 təcili tibbi yardım xidmətinin həkimidir. Bundan başqa, 36 yaşayış binası, 5 xüsusi mülk, 6 məktəb binası və 4 uşaq bağçasının binası zədələnib”.

Nikolay Povoroznik deyib ki, hazırda Rusiya hərbçiləri Kiyevi xaotik olaraq atəşə tuturlar.

Son xəbərlər

Orphus sistemi