Ukrayna Krımla sərhəddə hərbi təlimlər keçirib

Ukrayna Krımla sərhəddə hərbi təlimlər keçirib Bu təlimlərin özəlliyi HHQ bölmələrinin qarşıya qoyulan vəzifələri həm gündüz, həm də gecə yerinə yetirməsidir
Region
13 Yanvar , 2017 23:20
Ukrayna Krımla sərhəddə hərbi təlimlər keçirib

Bakı. 13 yanvar. REPORT.AZ/ Ukrayna hava hücumundan müdafiə bölmələri Krım ilə sərhəddə yerləşən Xerson vilayətində xüsusi taktiki təlimlər keçiriblər.

"Report" xəbər verir ki, bu barədə cümə günü Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, "Yuq" ("Cənub") operativ-taktiki qruplaşmasının hava hücumundan müdafiə bölmələri döyüş təminatı bölmələri ilə birgə Xerson vilayətində xüsusi taktiki məşğələlər keçiriblər. Bu təlimlərin özəlliyi HHQ bölmələrinin həm gündüz, həm də gecə qarşıya qoyulan vəzifələri yerinə yetirməsidir.

Son xəbərlər

Orphus sistemi