Ukrayna hava limanları əcnəbiləri qəbul edəcək

Ukrayna hava limanları əcnəbiləri qəbul edəcək Ukrayna Nazirlər Kabineti hava limanlarında əcnəbilər üçün buraxılış məntəqələrinin 15 iyun tarixindən açılacağı barədə qərar verib.
Region
12 İyun , 2020 16:33
Ukrayna hava limanları əcnəbiləri qəbul edəcək

Ukrayna Nazirlər Kabineti hava limanlarında əcnəbilər üçün buraxılış məntəqələrinin 15 iyun tarixindən açılacağı barədə qərar verib.

“Report” xəbər verir ki, hökumətin növbədənkənar iclasında verilən bu qərar COVID-19 virusunun çox yayıldığı ölkələrin vətəndaşı olmayan, yaxud bu cür ölkələrdə son 14 gün ərzində olmamış şəxslərə şamil edilir.

Ölkənin infrastruktur naziri Vladislav Krikliy sözügedən qərarla hava nəqliyyatı müəssisələrinin fəaliyyətinin bərpa olunacağını, beynəlxalq uçuşların davam etdiriləcəyini qeyd edib.

Bundan əvvəl Ukrayna hökuməti 15 iyun tarixindən Türkiyə, Yunanıstan, Kipr, Gürcüstan hava limanlarına uçuşların açılacağını bildirmişdi. Ölkədə daxili təyyarə səfərləri isə iyun ayının 5-dən başlayıb.

Son xəbərlər

Orphus sistemi