TürkPA üzvləri birgə investisiya fondu yaratmağı planlaşdırır

TürkPA üzvləri birgə investisiya fondu yaratmağı planlaşdırır TürkPA-nın beynəlxalq terrorizmə qarşı mübarizədə birləşməyi təklif edir
Region
1440
4 Dekabr , 2015 16:19
TürkPA üzvləri birgə investisiya fondu yaratmağı planlaşdırır

Bakı. 4 dekabr. REPORT.AZ/ Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) beynəlxalq terrorizmə qarşı mübarizədə birləşməyi, birgə investisiya fondu yaratmağı və EXPO-2017-də mədəniyyət festivalı keçirməyi təklif edir.

"Report" "khabar.kz" portalına istinadən xəbər verir ki, bu təşəbbüsləri Qazaxıstan Məclisinin spikeri Kabibulla Cakupov TürkPA-nın Astanada keçirilən 6-cı plenar sessiyası çərçivəsində irəli sürüb.

K.Cakupovun sözlərinə görə, böhran dövründə ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi vacibdir. O, dövlət başçılarının birgə türk investisiya fondu yaratmaq təşəbbüsünün bunun həyata keçirilməsinə yardım edəcəyini də qeyd edib: "Ölkələrimizin yeni İpək Yolu transkontinental marşrutunun mühüm bir hissəsi olmaq üçün unikal imkanı var".

Spiker vurğulayıb ki, Qazaxıstan TürkPA-nın sədri kimi eyni zamanda Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyənin aparıcı ali təhsil müəssisələrinin əməkdaşlığını inkişaf etdirməyi də təklif edir.

Son xəbərlər

Orphus sistemi