Türkmənistanın baş prokuroru korrupsiyaya görə tutduğu vəzifədən azad edilib

Türkmənistanın baş prokuroru korrupsiyaya görə tutduğu vəzifədən azad edilib Ölkə prezidenti prokurorluq və DİN orqanlarının bir sıra yüksək rütbəli əməkdaşlarını işdən çıxarıb
Region
5 May , 2017 09:47
Türkmənistanın baş prokuroru korrupsiyaya görə tutduğu vəzifədən azad edilib

Bakı. 5 may. REPORT.AZ/ Hüquq-mühafizə orqanlarındakı korrupsiya faktlarına görə, Türkmənistanın baş prokuroru Amanmırat Xallıyev tutduğu vəzifədən azad edilib.

“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov bu haqda sərəncam imzalayıb.

Ölkə prezidenti prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) orqanlarının yüksək rütbəli bir sıra əməkdaşlarını da korrupsiya faktları ilə bağlı tutduqları vəzifədən azad edib.

Məlumata görə, Qurbanqulu Berdıməhəmmədov ölkə Ali Məhkəməsinin sədri Beqençu Çarıyevə vəzifədən azad edilən hüquq-mühafizə orqanları əməkdaşlarının işlərini ciddi və əsaslı şəkildə araşdırılmasını tapşırıb. 

Son xəbərlər

Orphus sistemi