Türkmənistanda icra başçısının müavini prezidentliyə namizəd olub

Türkmənistanda icra başçısının müavini prezidentliyə namizəd olub Türkmənistanda növbədənkənar prezident seçkiləri ərəfəsində daha bir namizədin adı məlum olub
Region
16 Fevral , 2022 14:47
Türkmənistanda icra başçısının müavini prezidentliyə namizəd olub

Türkmənistanda növbədənkənar prezident seçkilərində mübarizə aparacaq daha bir namizədin adı məlum olub.

“Report” “Türkmənistan” dövlət xəbər agentliyinə istinadən xəbər verir ki, Türkmənistan Aqrar Partiyası prezident postuna Marı vilayəti başçısının müavini Ağacan Bəymuradovun namizədliyini irəli sürüb.

Prezidentliyə namizədin doğum tarixi məlum olmasa da, onun 1995-ci ildə Türkmənistan Dövlət Memarlıq və İnşaat İnstitutunu bitirdiyi açıqlanıb. Beləliklə, o, indi ən azı 47-48 yaşlardadır. Ölkədə yalnız yaşı 40-dan çox olan şəxslər prezidentliyə namizədliyini irəli sürə bilər.

A.Bəymuradov növbədənkənar prezident seçkilərində rəqibi hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov olacaq.

Qeyd edək ki, fevralın 11-də Q.Berdıməhəmmədov növbədənkənar prezident seçkilərin keçiriləcəyinin anonsunu verib. O ölkə rəhbəri postunu gənc rəhbərə vermək niyyətində olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi