Türkmənistanda əhalinin siyahıya alınması keçiriləcək

Türkmənistanda əhalinin siyahıya alınması keçiriləcək Hazırda ölkə əhalisinin sayı 5 milyon 663 min nəfərdir
Region
20 Oktyabr , 2017 10:32
Türkmənistanda əhalinin siyahıya alınması keçiriləcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Türkmənistanda 2022-ci ildə əhalinin və yaşayış fondunun ümumi siyahıya alınması keçiriləcək.

“Report” “CA-NEWS” istinadən xəbər verir ki, bu barədə Türkmənistanın dövlət informasiya agentliyi məlumat yayıb.

Siyahıya alınma BMT-nin İqtisadiyyat və Sosial Şurasının 2015-ci il iyunun 10-da qəbul etdiyi “Əhalinin siyahıya alınması və 2020-ci ildə yaşayış fondu ümumdünya proqramı” qətnaməsi çərçivəsində həyata keçiriləcək. Bunun üçün dövlət komissiyasının yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, rəsmi statistikaya əsasən, hazırda Türkmənistan əhalisinin sayı 5 milyon 663 min nəfərdir. 

Son xəbərlər

Orphus sistemi