Türkmənistan 2019-cu ildə MDB-yə sədrlik edəcək
- 08 avqust, 2018
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 avqust. REPORT.AZ/ Türkmənistan 2019-cu ildə MDB-də sədrlik etməyə hazırlaşır.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası bu il sentyabrın 28-də Düşənbədə keçiriləcək və bundan sonra quruma sədrlik Tacikistandan Türkmənistana keçəcək.
Bu baxımdan artıq Türkmənistanın MDB-də sədrliyini Konsepsiyası layihəsi hazırlanıb və nəzərdən keçirilməsi üçün ölkə prezidentinə təqdim olunub.
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov bildirib ki, başçılıq etdiyi ölkə MDB-də sədrliyi qəbul edərək birlik məkanında konstruktiv çoxşaxəli tərəfdaşlığın inkişafına yardım göstərməyə davam edəcək.
Onun sözlərinə görə, Türkmənistan tərəfi MDB-nin nizamnamə orqanlarının və profil strukturlarının fəaliyyətinin qarşıdakı 1 illik müddətdə effektiv olması üçün əlindən gələn hər şeyi edəcək.